Tərkibi:
Göbələk- 500 q
Badımcan- 1 ədəd
Kabak- 1 ədəd
Pomidor- 2 ədəd
Soğan- 1 ədəd
Cəfəri
Sarımsaq- 3 diş
"Zeytun bağları" zeytun yağı
Duz-istiot
Hazırlanması:
Bütün ərzaqları yuyub quruduqdan sonra şəkildə gördüyünüz kimi doğrayırıq.
Soğanı xırda-xırda doğrayıb zeytun yağında qovururuq.
Göbələyi də soğanın üzərinə əlavə edib bişiririk.
Bir fincana 3-4 x.q zeytun yağı əlavə edirik. Sonra üzərinə əzilmiş sarımsaq və xırda-xırda doğranmış cəfəri əlavə edirik.
Duz-istiot səpip yaxşı-yaxşı qarışdırırıq.
Badımcanı yumru-yumru doğrayıb duz səpip 30 dəqiqə saxlayırıq ki, acısı çıxsın.
Zapekankanı bişirəcəyimiz qaba göbələyi əlavə edirik.
Sonra badımcanı, pomidoru və kabakı şəkildə gördüyünüz kimi düzürük.
Üzərinə hazırladığımız cəfərili qarışımı əlavə edirik.
Qapağını bağlayıb 200 dərəcədə 50-55 dəqiqə bişiririk.
Sonra qapağını açıb 15 dəqiqə yenidən sobaya yerləşdiririk. Dadlı zapekanka hazırdır.
Nuş olsun!
Tərcümə olunub