Tərkibi:
Bulqur və ya kuskus - 100 q
Cəfəri (balaca dəstə)
Təzə nanə (balaca dəstə)
Qırmizi pomidor 2 – 3 ədəd
Göy soğan ( balaca dəstə)
Yarım baş soğan
Limon - ½ hissəsi
"Zeytun bağları" zeytun yağı – 2 x.q
Zövqə görə duz, istiot
Hazırlanması:
Bulqur və ya kuskusu eyni miqdarda götürülmüş, bir qabda qaynamış suda isladırıq. Bulquru 1,5 saat, kuskusu 30 dəqiqə. Qabın ağzını örtüb, suyu çəkilənədək gözləyirik. Əgər su şəkilməyibsə, bulquru və ya kuskusu ələkdən süzüb 15 dəqiqə soyumağa qoyuruq.
Göyərtini xırda doğrayırıq.
Göy soğanı
Cəfərini
Nanəni
Yarım baş soğanı
Pomidorun qabığını soyuruq.
Zeytun yağı əlavə edirik.
Sonra limon şirəsini
Duzlayırıq.
Qarışdırırıq.
Salatımız hazırdır.
Tabule Livan salatıdır. Livanda tabule salatını üzüm yarpağı və ya lavaşla yeyirlər. Tabule soyuducuda yaxşı saxlanılır və soyuq verilir. Çox yüngül pəhriz salatıdır. Yay aylarında, kababın yanında qarnir kimi dadlı olur.
Nuş olsun!