Qadin.NET / İsti ciyər salatı (foto resept)

İsti ciyər salatı (foto resept)

Tərkibi:

Toyuq ciyəri- 200 q

Alma- 2 ədəd

Soğan- 1 ədəd

Şirin bibər- 1 ədəd

Qara gavalı- 50 q

Zövqə görə ətirli otlar məslən na və ya kəklikotu

Yaşıl soğan

duz-istiot

"Zeytun bağları" zeytun yağı

Hazırlanması:

İsti ciyər salatı (foto resept)

Almanın birini şəkildə gördüyünüz kimi nazik dilimlərə ayırırıq.

İsti ciyər salatı (foto resept)

Zeytun yağında 5 dəqiqə hər iki tərəfini bişirmək lazımdır. Sonra bir qaba qoyub soyumasını gözləyirik.

İsti ciyər salatı (foto resept)

Ciyləri xırda-xırda doğrayəb unlayırıq. Sonra elə həmin tavada hər ik tərəfi qızarana qədər 5-7 dəqiqə bişiririk. Sonra üzərinə soğan xırda-xırda doğrayıb əlavə edirik. daha 5 dəqiqə bişir.

İsti ciyər salatı (foto resept)

Sonra bibər və gavalı əlavə olunur və 5 dəqiqə birlikdə bişir.

İsti ciyər salatı (foto resept)

Sonda ikinci almanı da xırda-xırda doğrayıb əlavə edirik. daha 5 dəqiqə hamısı birlikdə bişir. Sonda duz-istiot və ətirli otlar əlavə olunur və 5 dəqiqə bişir.

İsti ciyər salatı (foto resept)

Əvvəlcədən bişirdiyimiz almaları şəkildə gördüyünüz kimi düzürük.

İsti ciyər salatı (foto resept)

Göy soğan yarpağı ilə bağlayırıq. Sonra hazırladığımız salatı içinə əlavə edirik. Salatımız hazırdır.

İsti ciyər salatı (foto resept)

Nuş olsun!

 

Tərcümə olunub

6 fevral 2016
GO BACK