Tərkibi:
Mal əti -300 q
Şirin bibər-150 q
Kələm-250
Pomidor-250 q
Kahı yarpaqları
Duz - istiot
"Zeytun bağları" zeytun yağı
Limon -1 ədəd
5 - 6 budaq kəklikotu (İstəyə görə)
İndi isə, bişmiş ət uzunsov doğranılır.
Pomidoru şəkildəki kimi iri doğrayırıq.
Şirin bibəri də doğrayırıq.
Kələm nazik formada doğranılır.
Sonra sousu hazırlayırıq:
Zeytun yağı və yarim limonun şirəsini sıxıb qarışdırın.
Sonra isə, kəklikotu əlavə edin. (yarpaqlarını).
Və yaxşı-yaxşı qarışdırın.
Sonra üzərinə duz və istiot əlavə edin.
İndi yenə yaxşı-yaxşı qarışdırın.
Kahının yarpaqlarını yuyub quruduruq. Kahı yarpaqlarını əlimizlə kiçik parçalara ayırıb qabın dibinə düzürük.
Sonra hazır salatımızı kahı yarpaqlarının üzərinə qoyuruq.
Üzərinə hazırladığınız sousu əlavə edin.
Sonra yaxşı-yaxşı qarışdırın.
İndi salatı təqdim edəcəyiniz qaba servis edirik.
Və salatımız hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)