Qadin.NET / Qızıl balıq piroqu (foto resept)

Qızıl balıq piroqu (foto resept)

Tərkibi:

Xəmir üçün:

Un- 250 q

Yumurta- 2 ədəd

"Best Cow" kərə yağı-125 q

Su- 3-6 x.q

Duz

İçlik:

Qızıl balıq-600 q

Pendir-250 q

İspanaq-1 dəstə

Xama-3-4 x.q

Duz

Hazırlanması:

İlk öncə Xəmirimizi yoğurub soyuducuya yerləşdiririk. 30 dəqiqə soyuducuda qalmalıdır.

Qızıl balıq piroqu (foto resept)

İçliyimizi hazırlayırıq.

Qızıl balıq piroqu (foto resept)

Qızıl balığı xırda-xırda doğrayıb üzərinə pendiri də eyni ilə doğrayıb əlavə edirik.

Qızıl balıq piroqu (foto resept)

Birlikdə 5 dəqiqə bişiririk.

Qızıl balıq piroqu (foto resept)

Sonra ispanağı və xamanı əlavə edirik. Duz səpip bişənə qədər bəzən qarışdırmaq lazımdır. Sonra xəmiri 2 hissəyə bölürük. lakin biri kiçik, biri böyük olmalıdır. İri hissəsni yayıb bişirəcəyimiz qaba qoyuruq.

Qızıl balıq piroqu (foto resept)

Üzərinə içliyi əlavə edirik.

Qızıl balıq piroqu (foto resept)

Kiçik olan hissəni də yayıb üzərinə əlavə edirik. 180 dərəcədə 80 dəqiqə bişməlidir.

Qızıl balıq piroqu (foto resept)

Bişənə yaxın piroqu çıxarıb üzərini yumurta ilə yağlayırıq. Və 5 dəqiqə də soba da qalmalıdır.

Qızıl balıq piroqu (foto resept)

Qızıl balıq piroqu (foto resept)

Qızıl balıq piroqumuz hazırdır.

Nuş olsun!

10 yanvar 2016
GO BACK