Qadin.NET / Bişmiş bibər ilə lobya salatı (foto resept)

Bişmiş bibər ilə lobya salatı (foto resept)

Tərkibi:

400 qr-konservləşdirilmiş ağ lobya(1 banka)

2 ədəd bolqar bibəri (qırmızı)

5 budaq cəfəri

3 budaq nanə

2 x.q. kapers (yerqulağı)

2-3 diş sarımsaq

Üzəri üçün:

2 x.q. limon şirəsi

4 x.q. "Zeytun bağları" zeytun yağı

Zövqə görə duz, istiot

Hazırlanması:

Bişmiş bibər ilə lobya salatı (foto resept)

Sobanı 200 dərəcəyə qədər qızdırırıq. Zərvərəqi formaya salırıq, bibərləri formaya yığırıq. 15-20 dəqiqiqə bişməlidir. Üzərinın qabığı azca açılmalıdır. Bibərlər hazır olduqdan sonra başqa qaba qoyub, ağzını bağlayıb 20 dəqiqə soyumağa buraxırıq. 

Bişmiş bibər ilə lobya salatı (foto resept)

Bibərlərin qabığını soyuruq, toxumundan təmizləyirik. Uzun nazik doğrayırıq.

Bişmiş bibər ilə lobya salatı (foto resept)

Lobyanı süzgəcə töküb yuyuruq.

Bişmiş bibər ilə lobya salatı (foto resept)

Sarımsağı təmizləyirik, xırda doğrayırıq. Cəfərini, nanəni gövdəsindən ayırıb, xırda doğrayırıq.

Bişmiş bibər ilə lobya salatı (foto resept)

Salat qabına bibər, lobya, göyərti və kapersını tökürük. Əgər kapersı yoxdursa, turşuya qoyulmuş xiyarla da əvəz etmək olar. Salatımızın üzəri üçün lazım olan ərzaqları hazırlayırıq. Ayrı bir qabda limon şirəsi, zeytun yağı, duz, istiot və sarımsaqı qarışdırırıq. Alınmış qarışımı salatmızın üzərinə töküb qarışdırırıq. 10 dəqiqə saxlayırıq.

Salatımız hazırdır.

Bişmiş bibər ilə lobya salatı (foto resept)

Nuş olsun!

2 yanvar 2015
GO BACK