Tərkibi:
4 ədəd təzə kartof
1 ədəd təzə xiyar
1 ədəd qırmızı soğan
1 dəstə göy soğan
10 ədəd turp
100 q konservləşdirilmiş yaşıl noxud
3-4 x.q duru yağ
2-3 x.q alma sirkəsi
5-6 ədəd qara zeytun
3 diş sarımsaq
Az miqdarda şəkər tozu
Cəfəri
Duz
Hazırlanması:
Əvvəlcə təzə kartofu bişiririk, amma suyuna duz əlavə etmək lazim deyil ki, bərk olmasın. Bişmiş kartofun suyunu süzürük və kartofun üzü quruyan kimi, üzərinə soyuq su tökürük. Həmin soyuq suyu da tez süzün ki, üzü qurusun və kartofu soymağa başlayın. Kartofu bu formada doğrayırıq.
Xiyarı da kub formasında doğrayırıq.
Soğanı yarım halqa şəklində doğrayırıq.
Əgər soğanın acı olmağını istəmirsinizsə, onda üzərinə qaynar su tökün və qaynar suda 10-15 dəqiqə saxladıqdan sonra istifadə edin. Hamısını böyük bir qaba töküb qarışdırın.
İndi bir balaca qabda sarımsağı əzin, üzərinə duz səpin. Yaxşıca qarışdırın və üzərinə sirkə əlavə edin. Şəkər tozu və duru yağ əlavə edib qarışdırın və salatın üzərinə tökün. Salatımız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)