Qadin.NET / Almalı şuba salatı (foto resept)

Almalı şuba salatı (foto resept)

Tərkibi:

300 q duzlu balıq filesi

4 ədəd kartof

4 ədəd yerkökü

4 ədəd kiçik çuğundur

4 ədəd yumurta

2 ədəd yaşıl alma

300 q mayonez

 Duz

Hazırlanması:

Kök, kartof və çuğunduru təmiz yuyuruq, amma təmizləmirik. Onları bir qazanda suda bişiririk. Ayrı-ayrı qazanlarda da bişirmək olar. Sadəcə olaraq fikir verin ki, bişirdiyiniz suya bir qədər duz əlavə edin. Əgər suda bişirərkən duz əlavə etsəniz, onda salatı hazırlayarkən çox duz istifadə etməyinizə gərək qalmayacaq. Tərəvəzlərin bişmə zamanlarını da nəzərə almaq lazımdır. Kartof kök və çuğundurdan tez hazır olacaq, hardasa suyun qaynamağından 20-30 dəqiqə sonra. Kök üçün isə əlavə 30 dəqiqə də lazım olacaq. Çuğundur isə ondan 30 dəqiqə sonra tam bişir. Ona görə də qazana əlavə su da tökməli olacaqsınız. 

Almalı şuba salatı (foto resept)
 
Almalı şuba salatı (foto resept)

Tərəvəzlər soyuyandan sonra onları təmizləyin. 

Yumurtaları ayrı qabda bişirin. Yumurta su qaynadıqdan sonra 7 dəqiqə ərzində tam bişir. Onu təmizləyəndən sonra ağı ilə sarısını ayırın. Çünki ağını salata vuracayıq, sarısı ilə isə salatın üzərini bəzəyəcəyik.

Almalı şuba salatı (foto resept)

Balığı ya bıçaqla kiçik hissələrə doğrayın, ya da əlinizlə didin. 

Almalı şuba salatı (foto resept)

 Kartof və yerkökünü ayrı-ayrı qablarda sürtkəcdən keçirin.

Almalı şuba salatı (foto resept)
 
Almalı şuba salatı (foto resept)

Almanın da qabığını soyun və rəndənin sürtkəcin iri gözündən keçirin.

Almalı şuba salatı (foto resept)

Çuğunduru isə sürtgəcin kiçik gözündən keçirin. Əgər çuğundurun şirəsi çox olsa onda onun şirəsini süzün.

Almalı şuba salatı (foto resept)

Ən sonda isə yumurtanın ağını ayrı bir qabda rəndənin iri gözündən keçirin, amma sarısına dəyməyin.

Almalı şuba salatı (foto resept)

İndi isə salatın yığılması prosesinə başlayaq.

Almalı şuba salatı (foto resept)

Əvvəlcə balığın bir hissəsini boşqaba yayın.

Almalı şuba salatı (foto resept)

 Sonra onun üzərindən kartofu yayın və onun da üzərinə mayonez əlavə edin.

Almalı şuba salatı (foto resept)
 Mayonezi ehtiyatla kartofun səthi boyunca yayın.
Almalı şuba salatı (foto resept)
 
Almalı şuba salatı (foto resept)

 Sonra isə onun üzərinə sürtkəcdən keçirilmiş yerkökünün yarısını düzün. Yerkökünü bərabər olmaqla bütün boşqabın səthi boyunca düzün və üzərinə biraz duz səpin.

Almalı şuba salatı (foto resept)
 Yerkökünün üzərinə rəndələnmiş almanı düzün.
Almalı şuba salatı (foto resept)

Onun da üzərindən sürtkəcdən keçirilmiş yumurta ağlarını düzün.

Almalı şuba salatı (foto resept)
Mayonezi ehtiyatla yumurtanın səthi boyunca yayın.
Almalı şuba salatı (foto resept)
 
Almalı şuba salatı (foto resept)

 Beləcə tərəvəzləri yenidən qat-qat düzün. Hər tərəvəzdən iki qat olacaq, amma alma ilə yumurta ağları cəmi bir qatda olacaq. Qatların arasına az miqdarda duz və mayonez vurmağı unutmayın.

Almalı şuba salatı (foto resept)
 
Almalı şuba salatı (foto resept)
 
Almalı şuba salatı (foto resept)
 
Almalı şuba salatı (foto resept)

 Çuğunduru isə ən sona saxlayın. Başqa bir qabda sürtkəcdən keçirilmiş çuğunduru 1-2 qaşıq mayonezlə qarışdırın.

Almalı şuba salatı (foto resept)

Çuğunduru yaxşıca qarışdırdıqdan sonra onu salatın ən üst qatına qoyun.

Almalı şuba salatı (foto resept)
 
Almalı şuba salatı (foto resept)

 Çuğunduru ehtiyatla salatın bütün səthi boyunca düzün. Bunun üçün bıçaqdan istifadə edə bilərsiniz.

Almalı şuba salatı (foto resept)

Salat demək olar ki, hazırdır.

Almalı şuba salatı (foto resept)

 Ən sonda yumurtanın sarısını salatın üzərinə rəndələyin (bəzək kimi).

Almalı şuba salatı (foto resept)
 Süfrəyə verməmişdən əvvəl salatı bir neçə saatlıq soyuducuda saxlamaq məsləhətdir.
Almalı şuba salatı (foto resept)
Budur salatımız hazırdır.

Nuş olsun!

                                                                                                                                                                 (Tərcümə olunub)

16 aprel 2014
GO BACK