Qadin.NET / Qar salatı (foto resept)

Qar salatı (foto resept)

Tərkibi:

2 ədəd kartof

2 ədəd kök

1 ədəd soğan

1/2 ədəd qırmızı bolqar bibəri

1 banka konservləşdirilmiş balıq

5 ədəd yumurta

2 diş sarmısaq

Zövqə görə mayonez və pendir

Hazırlanması:

Kartof, kök və yumurta qaynadılır. Qabıqları təmizlənir. Soğanla konservləşdirilmiş balıq isə blenderden keçirilir.

Kartofu rəndələyib birinci qat qoyuruq və üzərindən  mayonez çəkirik.

Qar salatı (foto resept)

İkinci qat kartofun üstündən kökü rəndələyib tökürük və mayonez çəkirik.

Qar salatı (foto resept)

Üçüncü qat isə blenderdən keçirilmiş balıq soğan qarışığını töküb, mayonez çəkirik.

Qar salatı (foto resept)

Dördüncü qat isə xırda doğranmış qırmızı bolqar bibərlərimizi tökürük.

Qar salatı (foto resept)

Yumurtaları iki hissəyə bölürük. Diqqətlə yumurtanın sarısını çıxardıb, xırda-xırda doğranmış sarmısaqla qarışdırırıq və yumurta ağlarınını içərisinə doldururuq.

Qar salatı (foto resept)

Beşinci qata isə yumurtaları üzü üstə qoyuruq.

Qar salatı (foto resept)

Yumurtaların üzərindən mayonez çəkirik. Ardından isə pendiri rəndələyib tökürük.

Qar salatı (foto resept)

Salatımızı kəsəndə isə belə görünür.

Qar salatı (foto resept)

Nuş olsun.

Qeyd: Konservləşdirilmiş balıq xoşlamayanlar onu toyuğun döş ətiylə əvəz edə bilər.

(Tərcümə olunub)

4 aprel 2014
GO BACK