Qadin.NET / Blinçikli dadlı qəlyanaltı (foto resept)

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Tərkibi:

8-10 ədəd blincik

500 qram qaynadılmış ət

100 qram kələm

1 ədəd yerkökü

1 baş soğan

5 x.q. qaynadılmış düyü

50 qram " Wellington" kərə yağı

250 qram xama

0.5 ç.q duz

2 qram istiot

20 qram şüyüd

5 ədəd qaynadılmış yumurta

Hazırlanması:

Əvvəl qaynadılmış əti blenderdən və ya maşından keçiririk.

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Sonra soğan və kökü təmizləyirik. Soğanı xırda doğrayırıq, kökü isə sürtkəcdən keçiririk.

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Kələmi də xırda və nazik halda doğrayırıq (sürtkəcdən də keçirə bilərsiniz)

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Soğanı tavada suyu çıxanacan bişiririk, sonra yağı, kökü əlavə edirik, bir yerdə bir az qızardıqdan sonra kələmi əlavə edirik, qızılı rəng alanacan qızardırıq. Kənara qoyuruq ki, soyusun.

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Qızardılmış tərəvəzləri, sürtkəcdən keçirilmiş yumurtanı, əti, düyünü bir qaba tökürük, üstündən də təxminən 150 qram xama, duz, istiot əlavə edib yaxşıca qarışdırırıq.

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Tavanı yağlayırıq.

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Birinci blinçiki qoyuruq və üzərinə içliyi töküb yayırıq.

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Bu qayda ilə o biri layları da üst-üstə qoyuruq. Üzərinə artıq qalmış xamanı töküruk.

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Sonra sobaya qoyub 180 dərəcə temperaturda 20-25 dəqiqə bişiririk.

Hazır olandan sonra üzərinə doğranmış göyərtini səpirik.

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Blinçikli qəlyanaltı hazırdır.

Blinçikli dadlı qəlyanaltı (foto resept)

Nuş olsun! smile 

15 yanvar 2014
GO BACK