Tərkibi:
155 qr un
250 ml süd
125 ml su
1 x/q şəkər tozu
1 ç/q maya
1 ç/q qabartma tozu
Bir çimdik duz
İçlik:
200-300 qr göbələk
150 qr holland pendiri
1 ədəd soğan
Duz, istiot
"Zeytun Bağları" zeytun yağı
Zövqə görə istənilən içlik hazırlamaq olar.
Hazırlanması:
Dərin qaba isidilmiş su, maya, şəkər tozu, duz əlavə edilib qarışdırıb 15 dəqiqə saxlayırıq.
Üzərinə isidilmiş süd əlavə edilir.
Un, qabartma tozu əlavə edilib əl çırpması ilə çalınır, 20-30 dəqiqə kənara qoyulur.
Soğan xırda-xırda doğranıb yağda azacıq qovrulur, üzərinə xırda doğranmış göbələk əlavə edilərək bir yerdə qızardılır.
Duz, istiot əlavə edilib qarışdırılır.
Holland pendiri sürtgəcin xırda gözündən keçirilir.
Blincikləri hazırlamaq üçün əvvəlcə tava qızdırılır, tavaya yağ əlavə edilmir.
1 x/q hazırladığımız duru xəmirdən tavaya əlavə edirik, tavanı əlimizə sağa-sola əyərək xəmiri yaymış oluruq,
Zəif od üzərində deşiklər əmələ gələnə qədər gözləyrik, üzəri quruyur, tavadan ehmalca bilinçiki qoparırıq.
(əgər bilinçiki qoparmaq çətin olarsa selikon fırça ilə tavaya azacıq bitki yağı çəkmək olar)
Şəkildə gördüyünüz kimi blinçiklər alınmalıdır.
Blinçikin altı gördüyünüz kimi olur.
Hazır blinçiklərin ortasına içlik qoyub üzərinə holland pendiri səpirik.
Şəkildəki kimi üçbucaq şəklində uclarını bir-birinə birləşdiririk.
İstəyə görə hazır blinçikləri 180 dərəcədə 5-8 dəqiqə ərzində sobaya qoymaq olar.
İçliklə doldurulmuş üçbucaqlı blinçiklərimiz hazırdır.
Nuş olsun!
(tərcümə edilib)