Qadin.NET / Badımcan ruleti (foto resept)

Badımcan ruleti (foto resept)

Tərkibi:

4 ədəd iri badımcan

1 baş soğan

2 yaşıl bibər

Pərpətöyün

1 dəstə şüyüd

1 ovuc qoz ləpəsi

Mayonez

"Wellington" əridilmiş kərə yağı

Hazırlanması:

Badımcan ruleti (foto resept)

Əvvəlcə badımcanların qabığı soyulur, doğranılır, 10 dəqiqə duzlu suda saxlandıqdan sonra duru yağda qızardılır.

Badımcan ruleti (foto resept)

Badımcanlar soyumağa qoyulur və içlik hazırlanır.

Bunun üçün pərpətöyünlər duzlu suda pörtülür. Soğan və bibərlər orta ölçüdə doğranılır.

Badımcan ruleti (foto resept)

Soğan və bibərləri qovurduqdan sonra pərpətöyün də əlavə olunur və soyumağa qoyulur.

Badımcan ruleti (foto resept)

Şüyüd və qoz əlavə olunduqdan sonra mayonezlə qarışdırılır. Mən təzə qozdan istifadə etmişəm deyə rəngi belə ağdı.

Badımcan ruleti (foto resept)

Sonda içlik badımcanların ucuna qoyulub rulet kimi bükülür.

Badımcan ruleti (foto resept)

Bu soyuq qəlyanaltıdır və süfrəyə təqdim etməmişdən əvvəl soyuducuya qoyulmalıdır.

Badımcan ruleti (foto resept)

Nuş olsun!

4 oktyabr 2013
GO BACK