Qadin.NET / Suxarili badımcan salatı (foto resept)

Suxarili badımcan salatı (foto resept)

Tərkibi:

2 ədəd orta ölçülü badımcan (konservləşdirilmiş badımcan da ola bilər)

4-5 ədəd "Bizim Tarla" soyulmuş pomidoru

 

2-3 diş sarımsaq

 1 kasa qatıq

Mayonez

Közlənmiş bibər

Nanə

Qırmızı bibər

Sirkə və ya limon suyu

Suxari

1 ç.q duz

1 ç.q şəkər

Hazırlanması:

Badımcanları soyub bu şəkildə doğrayın.

Suxarili badımcan salatı (foto resept)

Sonra dördkünc şəklində doğrayıb, acı suyunun çəkilməsinə qədər gözləyin.

Suxarili badımcan salatı (foto resept)

Sonra badımcanları qızardın.

Suxarili badımcan salatı (foto resept)

Suxariləri istədiyiniz böyüklükdə qırın və salat edəcəyiniz qaba düzün.

Suxarili badımcan salatı (foto resept)

Üzərinə qızarmış badımcanları əlavə edin.

Suxarili badımcan salatı (foto resept)

Pomidorları blenderdən keçirin. Sarımsaq və duz əlavə edib, bişirin. Bişənə yaxın sirkə, yaxud limon suyu və şəkəri əlavə edib qarışdırın.

Suxarili badımcan salatı (foto resept)

Bişmiş pomidoru badımcanların üzərinə əlavə edin.

Suxarili badımcan salatı (foto resept)

Qatıq, mayonez, sarımsaq və duzu qarışdırıb pomidor sousunun üzərinə tökün.

Suxarili badımcan salatı (foto resept)

Közlənmiş qırmızı bibərləri incə-incə doğrayıb, salatın üzərini bəzəyin. Qalan boşluqlara nanə və qırmızı bibər tökün.

Sonda isə soyuducuda saxlayın. 1-2 saatdan sonra çıxarıb servis edə bilərsiniz.

Suxarili badımcan salatı (foto resept)

Nuş olsun!

(tərcümə edilib)

19 dekabr 2013
GO BACK