Qadin.NET / "Cücələrin bayramı'' salatı (foto resept)

"Cücələrin bayramı'' salatı (foto resept)

Tərkibi:

Toyuq filesi

Yumurta

Yerkökü

Kahı yarpağı

Duz, istiot

Mayonez

Qara istiot - bəzək üçün

Konservləşdirilmiş qarğıdalı

Suxari

Hazırlanması:

Fileni qaynadıb sürtgəcdən keçiririk. Yumurtaları qaynadıb,sarını ayırırıq. Ağını isə ortadan bölürük.

"Cücələrin bayramı'' salatı (foto resept)

Sarısı ilə fileni qarışdırıb duz-istiot vururuq, mayonez vurmaq istəyə bağlıdır. Boşqaba kahı yarpaqlarını düzürük, üzərinə yumurtanın ağını qoyuruq.

"Cücələrin bayramı'' salatı (foto resept)

Qarışıqdan toplar düzəldib,ağın içinə qoyuruq. Kökdən dimdiklərini, qara istiotdan gözlərini düzəldirik.

"Cücələrin bayramı'' salatı (foto resept)

Daha sonra kökdən cücələrin pipiyini də düzəldib, ətrafına istədiyimiz ərzaqdan səpirik. Mən konservləşdirilmiş qarğıdalıdan və suxaridən istifadə etdim.  

"Cücələrin bayramı'' salatı (foto resept)
"Cücələrin bayramı'' salatı (foto resept)
Nuş olsun!
18 mart 2016
GO BACK