Qadin.NET / Pomidorlu-pendirli toplar (foto-resept)

Pomidorlu-pendirli toplar (foto-resept)

Tərkibi:

3,5 st un

1 st su

4 x/q bitki yağı

1ç/q şəkər tozu

 Azərduz yodlu narın xörək duzu


İçlik:

5 ədəd pomidor

 200 qr ağ pendir və ya kəsmik

 Göyərti

Sarımsaq (zövqə görə)

Azərduz yodlu narın xörək duzu

Bitki yağı (qızartmaq üçün) 

 

Hazırlanması:

İlıq suya duz, şəkər tozu, yağ tökülüb qarışdırılır un əlavə edilib xəmir hazırlanır.

 

 

Pomidorları halqa-halqa doğrayırıq. Pendiri çəngəllə əzib üzərinə xırda-xırda doğranmış göyərti əlavə edib qarışdırırıq. 


 

Xəmirdən yumru dairə şəklində yuxa yayırıq.

 

 

Yuxanın üzərinə pomidor dilimlərini bir-birindən aralı şəkildə düzürük. 


 

Pomidor dilimlərinin üzərinə içlikləri əlavə edirik.

 

 

Xəmirdən ikinci qat yayıb içliyin üzərinə səririk.

 

 

Stəkanın ağız hissəsini pomidor dilimlərinin üzərinə qoyub halqa şəklində kəsirik.

 

 

Kəsilmiş dairələrin kənarlarını açılmaması üçün əlimizlə sıxırıq.

 

 

Ən sonda isə bol yağda hər iki üzü qızaranadək bişiririk.

 

 

Pomidorlu-pendirli toplarımız hazırdır.

 

Nuş olsun!

 

                                                                   (tərcümə edilib)

1 dekabr 2012
GO BACK