Qadin.NET / Gül kələmi salatı (foto-resept)

Gül kələmi salatı (foto-resept)

Tərkibi:

1 ədəd kiçik gül kələmi

1 st qarnitür (konserv)

2 st qatıq

4 diş sarımsaq

10-12 ədəd çəyirdəksiz zeytun

zeytun yağı

yarım limonun suyu

Hazırlanması:

Gül kələmlərini kök hissəsini kəsin. Hissələrə ayırın, qazana su töküb qaynadın.

Qaynatdığınız gül kələmini çəngəllə bişib-bişmədiyini yoxlayın.

Bişən gül kələmlərini süzün və soyuması üçün qırağa qoyun. Qarnitürləri süzün və gül kələminə əlavə edin.

Sarımsağı biraz duz əlavə edərək əzin, əzdiyiniz sarımsaqları qatığa töküb qarışdırın.

Hazırladığınız salatın üstünə zeytun yağı və limon suyu gəzdirin, sarımsaqlı qatıqla servis edin.

13 sentyabr 2020
GO BACK