Qadin.NET / Pendirli əncir salatı (foto-resept)

Pendirli əncir salatı (foto-resept)

Tərkibi:

15 yarpaq kahı 

10-15 yarpaq reyhan

1 ədəd xiyar

3-4 ədəd əncir

15-20 qram pecorine pendiri

zeytun yağı

balzamik sirkəsi

duz

Hazırlanması:

Kahıları yuyun və 10-15 dəqiqə qədər sirkəli suda saxlayın. Yenidən yuyun və bıçaq yerinə əllərinizdə ağ hissələri təmizləyin. Böyük hissələri kiçik hissələrə ayırın.

Yuduğunuz reyhan yarpaqlarını qaba əlavə edin. Əncirləri böyüklüklərinə görə 4 və ya 6 hissəyə ayırın.

Pendiri və xiyarı soyaraq incə dilimləri halına salın və salata səpin.

Son olaraq duz, balzamik sirkə və zeytunu yağını kasada çıpıb salatın üstünə gəzdirin.

Salatı qarışdırıb servis edin.

9 sentyabr 2020
GO BACK