Qadin.NET / Qaratərə salatı (foto-resept)

Qaratərə salatı (foto-resept)

Tərkibi:

1 çay st qaratərə

3 çay st su

şüyüd

cəfəri

7-8 ədəd çeri pomidoru

3-4 sap təzə soğan

1 ədəd xiyar

3-4 ədəd turp

zeytun yağı

limon suyu

duz

Hazırlanması:

1 çay st qaratərəni kiçik qapaqlı qazana qoyun. Üstünə 3 stəkan qaynar su əlavə edib 5 dəqiqə orta dərəcədə qaynadın.

Qaynayan qaratərənin altını söndürün. Qazanın qapağını örtərək soyuyana qədər təxminən 20-25 dəqiqə gözləyin.

Soğanı, şüyüdü, cəfərini yuyun, suyunu dəsmalla qurulayın və xırda-xırda doğrayın.

Pomidorları böyüklüyünə görə 2 və ya 4 hissəyə bölün. Turpları da eyni qayda ilə bölün.

1 xiyarı doğrayın. Soyuyan qaratərələri doğradığınız ərzaqlara əlavə edin. 
Duz, zeytun yağı və limon suyu əlavə edərək qarışdırın və servis qabına qoyun. Nar dənələri ilə servis edə bilərsiniz.

 

22 avqust 2020
GO BACK