Qadin.NET / Toyuq salatı (foto-resept)

Toyuq salatı (foto-resept)

 

Tərkibi:

450 qram toyuğun döş əti

1/2 ç/q duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)

1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)

2 ədəd suda bişmiş və qabığı soyulmuş kök

1 ədəd yaşıl Bolqar bibəri

1 ədəd qırmızı Bolqar bibəri

1 ədəd sarı və ya narıncı Bolqar bibəri

zövqə görə xırda doğranmış şüyüd

zövqə görə duz, istiot

4 y/q mayonez və ya 2 y/q mayonez və 2 y/q xama (zövqə görə bu miqdarı artırmaq da olar)

 

Hazırlanması:

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.

Toyuq salatı (foto-resept)

2. Xiyar,kökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.

Toyuq salatı (foto-resept)

3. Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin.


24 dekabr 2019
GO BACK