Qadin.NET / Qiyməli gül kələmi (video-resept)

Qiyməli gül kələmi (video-resept)

 

Tərkibi:

1 kiçik boy gül kələmi (500 qrama qədər)

150 qram qiymə

1 ədəd orta boy soğan

1 diş sarımsaq

1 ədəd orta boy kök

3 y/q zeytun yağı

1 y/q tomat pastası (bibər, pomidor qarışıq)

duz, istiot (istəyə görə qırmızı istiot)

2,5-3 su st su

 

Qiyməli gül kələmi (video-resept)

 

Hazırlanması:

Gül kələmini yuyun. Kök hissəsini bıçaq köməyi ilə çıxarın və çiçəklərini ayırın.

Yenidən yuyub süzülməyə qoyun. Soğanı və sarımsağı kiçik-kiçik yeməklik doğrayın. Kökü soyub halqa-halqa dilimləyin.

Qazana zeytun yağını əlavə edin. Soğanı, sarımsağı əlavəedərək xəfif çəhrayiləşənə qədər qovurun.

Qiyməni əlavə edərək suyunu salıb çəkənə qədər qovurub pasta əlavə edin və 1 dəqiqə daha qovurun.

Doğradığınız kökü və gül kələmini qazana əlavə edin. Suyunu əlavə edərək duz və bibərlə dadlandırın.

Qapağı bağlı olaraq aşağı dərəcədə gül kələmləri yumşalana qədər bişirin.

İsti servis edin.

 

11 dekabr 2019
GO BACK