Qadin.NET / Bağlı Pizza "Calzone" (video-resept)

Bağlı Pizza "Calzone" (video-resept)

 

Tərkibi:

 

Pizza xəmiri üçün:

500 qram un

1 su st su (otaq istiliyində)

10 qram instant maya

10 qram duz

10 qram toz şəkər

1 ədəd yumurta

25 qram zeytun yağı

3-4 y/q ilıq süd

Bağlı Pizza "Calzone" (video-resept)

 

Pizza sousu 

 

Hazırlanması:

Südü və mayanı qarışdırın, 5 dəqiqə  gözləyin

Un, şəkər və duzu bir qabda qarışdırın.

Un qarışımının üstünə süd maya qarışımını, yumurtanı və zeytun yağını əlavə edərək taxta qaşıqla qarışdırın.

Suyu yavaş-yavaş əlavə edərək qarışdırmağa davam edin.

Yapışqan hala düşən xəmiri əllə yoğurmağa başlayın. Əl və qaba yapışmayan hala düşməyənə qədər xəmiri yoğurmağa davam edin.

Xəmirin üstünə marni və ya streç örtərək 1 saata qədər gözləyin.

Xəmiri xəfif yoğurun. 4 porsiyaya bölərək əlinizdə yuvarlayın və unladığınız təzgahda təxminən 20 dəqiqə mayalanmaya qoyun.

Mayalan xəmirləri unladığınız təzgahda istədiyiniz naziklikdə və böyüklükdə açın.

Sobanı əvvəlcədə 250 dərəcədə isidin. Soba listinə boş formada lazım olan istiliyə düşənə qədər isinsin və içindən çıxarmayın.

İstifadə edəcəyiniz soba listinə xəmirin yapışmaması üçün qarğıdalı unu səpin

Açdığınız xəmirin yarısına, kənarlardan boşluq olacaq formada, əvvəlcədən 3-4 qaşıq pizza sousu çəkin. Sousun üstünə mozarellanı səpin.

İstəyə görə içinə kolbasa, sosiska qoyun və xəmirin boş hissəsini üstünə örtün.

Xəmirin kənarlarını barmaqlarınızla basaraq yapışdırın.

Xəmirin kənarları açılmaması üçün yuxarı doğru burub yenidən basdıraraq bağlayın.

İsti soba listinə yerləşdirin və təxminən 10 dəqiqə bişirin.

İsti servis edin.

 

7 dekabr 2019
GO BACK