Qadin.NET / Sobada gül kələmi (video-resept)

Sobada gül kələmi (video-resept)

 

Tərkibi:

1 ədəd orta boy gül kələmi

4 y/q qatıq

1 yumurtanın sarısı

1 y/q zeytun yağı

1 diş sarımsaq

1 ç/q toz qırmızı istiot

duz

istiot

Sobada gül kələmi (video-resept)

Hazırlanması:

Gül kələminin yarpaqlarını təmizləyin. Böyük qazanda suyu qaynadın və içinə biraz duz atın.

Qaynayan suda gül kələmini 5 dəqiqə qaynadın.

Qaynadılmış gül kələmini süzün və ilk istiliyini atması üçün 10 dəqiqə saxlayın.

1 kasada qatığı, zeytun yağını, yumurta sarısını, əzilmiş sarımsağı, istioty, duzu çırpın.

Soba listinə qoyduğunuz gül kələmini qatıqlı qarışımla örtün.

200 dərəcə əvvəlcədən isitdiyiniz sobada təxminən 20-25 dəqiqə üstü qızarana qədər bişirin.

İsti və ya soyuq dilimləyərək servis edin.

 

 

23 noyabr 2019
GO BACK