Tərkibi:
4 ədəd orta boy kabak
3 ədəd orta boy kök
1 ədəd böyük boy quru soğan
4 y/q zeytun yağı
1 ç/q tomat pastası
2 y/q düyü
1 iri diş sarımsaq
2 su st su
duz
kərəviz yarpaqları və ya şüyüd
Hazırlanması:
Soğanı doğrayın. Sarımsağı xırda-xırda doğrayın.
Kabakların saplarını və başlarını kəsib, çəngəllə qabığına cizgilər atın. Kökləri soyun.
Kabakları və kökləri əvvəlcə 4 hissəyə bölün və iri kublar halında doğrayın.
Zeytun yağı, duz və soğanı qazana qoyun. Soğan xəfif şəffaflaşana qədər qovurun. Kökləri əlavə edin və aşağı dərəcədə soğanlar tamamilə şəffaflaşıb köklər yarı bişənə qədər qovurun.
Qazana tomatı əlavə edin, qoxusu çıxana qədər qovurun.
Doğranmış kabakları, incə doğranmış sarımsaqları, düyü və suyu əlavə edərək qarışdırın.
Nazik doğradığınız kərəviz yarpağınız əlavə edin. Ağzı bağlı köklər yumşalana qədər bişirin.
İlıq və ya soyuq servis edin.