Tərkibi:
500 qram toyuğun döş əti
4 ədəd bibər
1 ədəd quru soğan
1 diş sarımsaq
1 ədəd iri pomidor
2 y/q zeytun yağı
duz
istiot
istəyə görə pendir (sürtgəcdən keçirilmiş)
Hazırlanması:
Soğanı yeməklik olaraq doğrayın. Pomidor qabıqlarını soyun və kub-kub doğrayın. Sarımsağı xırda-xırda doğrayın.
Bibərləri yuyun, bıçaq köməyi ilə şəkildəki kimi eninə geniş dəlik açın və içindəki çəyirdəkləri təmizləyin.
Orta boy qazana zeytun yağı əlavə edin, soğan və bir qədər duz əlavə edib xəfif qızarana qədər qovurun.
Xəfif qızarana soğanlara toyuqları əlavə edin və suyunu buraxana qədər qovurun.
Son olaraq pomidorları və doğranmış sarımsaqları əlavə edərək qovurmağa davam edin. Suyunu buraxmağa başladıqdan qazın üstündən götürün. İstiot əlavə edib qazın üstündən götürün.
Bibərləri soba listinə düzün, hazırladığınız toyuqlu içi bibərlərin içinə bölüşdürün.
200 dərəcə əvvəlcədən isitdiyiniz sobada 30 dəqiqə bişirin. 30 dəqiqənin sonunda toyuqların üstünə sürtgəcdən keçirilmiş pendiri əlavə edin. 10 dəqiqə daha sobada bişirib servis edin.