Qadin.NET / Kartof mantısı (qiyməli) (video-resept)

Kartof mantısı (qiyməli) (video-resept)

 

Tərkibi:

4 ədəd orta boy kartof

duz

istiot

quru nanə

muskat

bir qədər cəfəri

1 litr su

 

Qiyməsi üçün:

150 qram qiymə

1 kiçik boy soğan

duz

istiot

2-3 y/q duru yağ

 

Servis üçün:

1 kasa qatıq

2 diş sarımsaq

 

Sous üçün:

1 y/q pomidor pastası

2 y/q kərə yağı

duz

 

Hazırlanması:

Kartofları soyun və iri kublar halında doğrayın. Qazana əlavə etdiyiniz kartoflara duz və su əlavə edərək yumşalana qədər qaynadın.

Qaynadılmış kartofları süzün, qazana duz, istiot, quru nanə əlavə edərək əzin.

Hazırladığınız püredən yumurta böyüklüyündə parçalar qoparın. Barmağınızla ortasına dəlik açaraq genişlədin.

Hazırladığınız kartofları servis qabına yığın.

 

Kartof mantısı (qiyməli) (video-resept)

 

 

Duru yağı qazana əlavə edib, xırda-xırda doğradığınız soğanı və qiyməni əlavə edərək qiymə suyunu çəkənə qədər bişirin. Qazın üstündən götürmədən əvvəl duz və istiotla dadlandırın.

Kartofların içlərinə qiyməli içliyi bölüşdürün. 
kartoflu mantıların üstünə sarımsaqlı qatıq gəzdirin.

Son olaraq tomatlı sous gəzdirin və cəfəri səpin.

 

8 dekabr 2019
GO BACK