Qadin.NET / Sobada ətli badımcan kababı (foto-resept)

Sobada ətli badımcan kababı (foto-resept)

 

Tərkibi:

 

400 qram qiymə

3 ədəd orta boy badımcan

1 ədəd orta boy soğan

1 ədəd orta boy pomidor

3-4 ədəd uzunsov bibər

1 diş sarımsaq

duz

istiot

 

Sous üçün:

1 ədəd orta boy pomidor

1 ç/q pomidor pastası

1 çay st isti su

1 y/q duru yağ

duz

istiot

 

Hazırlanması:

Badımcanları, pomidorları və bibərləri doğrayın. Badımcanları duzlu suya salın.

Soğanları sürtgəcdən keçirin, sarımsağı əzin və yoğurma qabına qoyduğunuz qiyməyə əlavə edin. Ədviyyatları da əlavə edərək 5-6 dəqiqə yoğurun. 

Badımcanları süzün və qurulayın. Qiymədən hissələr qoparın və əlinizdə yuvarlayıb soba listinə 1 ədəd badımcan 1 ədəd küftə formasında düzün.

Sobada ətli badımcan kababı (foto-resept)

Pomidor və bibəri düzdüyünüz küftə və badımcanın üstünə qoyun. 

Sous üçün pomidoru sürtgəcdən keçirin, pomidor pastasını əlavə edin. İsti su, duru yağ, duz və istiot əlavə edərək, sousu badımcanların üstünə gəzdirin.

Soba listinin üstünü yağlı kağızla örtün, 200 dərəcədə isdilmiş sobada 30 dəqiqə bişirin.

Sobada ətli badımcan kababı (foto-resept)

30 dəqiqə sonra yeməyin üstünü açın, 15-20 dəqiqə badımcanlar və ətlər qızarana qədər bişirin.

Sobada ətli badımcan kababı (foto-resept)

26 sentyabr 2019
GO BACK