Qadin.NET / Souslu qarışıq qızartma (foto-resept)

Souslu qarışıq qızartma (foto-resept)

 

Tərkibi:

 

Qızartmaq üçün:

2 ədəd böyük kartof

2 ədəd qırmızı bibər

4 ədəd yaşıl bibər

2 ədəd badımcan

8-10 ədəd göbələk

duz

qızartmaq üçün duru yağ

 

Pomidor sousu üçün:

3 ədəd böyük boy pomidor

1 diş sarımsaq

1 ədəd kub şəkər

duz

1 y/q sirkə

1-2 y/q yağ

 

Qatıq sous üçün:

1 kasa qatıq

1 y/q süzmə qatıq

duz

 

Hazırlanması:

Kartofları, çəyirdəklərini çıxardığınız bibərləri, soyduğunuz badımcanları və göbələkləri kub-kub doğrayın.

Hər birini ayrı qabların içində yarım saat duzlu suda saxlayın, sonra sularını süzüb dəsmal üstünə qoyun və artıq suyunu da çəkin.

Qızartma tavasında yağı qızdırın, sıra ilə kartof, bibər, göbələk və badımcanları qızardın.

1 kasa qatıq içinə 1 qaşıq süzmə qatıq və duz ilə çırparaq qırağa qoyun.

Souslu qarışıq qızartma (foto-resept)

Pomidor sousu üçün 3 böyük pomidoru sürtgəcdən keçirin, içinə sarımsaq, duz və 1 ədəd kub şəkər əlavə edərək 1-2 yemək qaşığı yağ ilə bişirin.

Sous bişdikdən sonra içinə 1 yemək qaşığı sirkə qoyub qarışdırın.

Servis qabına qızaran tərəvəzləri qoyub, ilk əvvəl pomidor sousu, sonra qatıqlı sousu gəzdirin.

Souslu qarışıq qızartma (foto-resept)

20 sentyabr 2019
GO BACK