Tərkibi:
500 qram dana - quru qarışıq yağlı qiymə
1 çay st incə bulqur
1 ədəd böyük quru soğan
4 diş sarımsaq
duz
istiot
Hazırlanması:
Əvvəlcə bulquru bir qaba qoyub ilıq su ilə isladın.
Bulqur bişərkən quru soğan və sarımsaqları sürtgəcdən keçirin.
Təxminən 15 dəqiqə sonra bulquru yoğurma qabına qoyub quru soğan, sarımsaq, duz, istiot əlavə edib yoğurun.
Bütün ərzaqları bir-biri ilə qarışdırdıqdan sonra manqal şişinə parça-parça ətdən alıb forma verin.
Ətləri şişdən ayıraraq soba listinə düzün. 200 dərəcəlik sobada üstləri qızarana qədər bişirdikdən sonra yanında közlənmiş tərəvəzlərlə servis edə bilərsiniz.