Qadin.NET / Yay yeməyi (foto-resept)

Yay yeməyi (foto-resept)

 

Tərkibi:

 

3 ədəd badımcan

2 ədəd kabak

1 ədəd qırmızı ətli bibər

1 ədəd pomidor

1 çimdik duz

1 çimdik istiot

1 y/q zeytun yağı

1 diş sarımsaq

 

 Hazırlanması:

Kabak və badımcanları xalqa-xalqa doğrayın. Qazanı zeytun yağı ilə yağlayın.

Sarımsaqları doğrayın. Kabak və badımcanları isinən qazana qoyun və qarışdıraraq qovurun. Qırmızı bibərləri də doğrayıb əlavə edin.

Pomidorların qabıqlarını soyub, soyduqdan sonra sürtgəcdən keçirin.

Yay yeməyi (foto-resept)

Sürtgəcdən keçirilmiş pomidorları qovrulan kabak və badımcanların üstünə tökün və ədviyyatları əlavə edin.

Təxminən 20 dəqiqə aşağı dərəcədə ağzı bağlı halda bişirin.

Qatıqla servis edin. 

Yay yeməyi (foto-resept)

 

18 iyul 2019
GO BACK