Tərkibi:
1 ədəd lavaş
650 qram quşbaşı toyuq əti
1 çay st qaynadılmış noxud
1 ədəd orta boy badımcan
1 y/q bibər pastası
1 ədəd soğan
1/2 y/q kərə yağı
1 y/q zeytun yağı
duz
istiot
Beşamel sous
Üstü üçün:
sürtgəcdən keçirilmiş pendir
Hazırlanması:
İlk olaraq, 1 ədəd orta boy badımcan qabığını soyun.
Orta böyüklükdə kublar formasında kəsin, qızğın yağda qızardın.
Geniş tavaya yarım yemək qaşığı kərə yağı və 1 yemək qaşığı zeytun yağı tökün. Üstünə 1 ədəd incə doğranmış soğanı əlavə edin, 1 dəqiqə qovurun.
650 qram doğranmış toyuq ətini əlavə edib, orta dərəcədə qazın üstündə arada qarışdararaq bişirin.
Daha sonra toyuq ətləri bişənə yaxın 1 yemək qaşığı bibər pastası əlavə edib qarışdırın. 2 dəqiqə daha bişirin.
Ətlərin üstünə 1 çay qaşığı qaynadılmış noxud, qızartdığınız badımcanları, duz və istiot əlavə edin, qarışdırın.
1 ədəd lavaşı 4 bərabər hissəyə bölün. Kəsdiyiniz lavaşın bir qismini götürüb kiçik kasanın içinə qoyun.
Lavaşın içinə toyuq ətli qarışımdan qoyun. Kənarlardan sallanan lavaşlardan biraz qopardıb, üstünə yerləşdirin. Ətlərin üstünü örtün, kasanı tərs çevirin.
Yağlı kağız sərili soba listinə qoyun.
Beşamel sousu toyuqlu sultan kababının üstünə tökün. Son olaraq üstlərinə sürtgəcdən keçirilmiş pendir səpin. Əvvəlcədən isdilmiş 180 dərəcəlik sobaya verin.
Üstləri qızarana qədər təxminən 15 dəqiqə bişirin. Bişdikdən sonra sobadan çıxarıb servis edin.