Tərkibi:
400 qram qiymə
1 ədəd böyük soğan (sürtgəcdən keçirilmiş)
çay qaşığının ucuyla karbonat
2 y/q un
1 ç/q istiot və cirə
duz
2 ədəd pide
Sous üçün:
2 y/q pomidor pastası
2 y/q duru yağ
1 ç/q cirə, istiot
1 ç/q duz
kifayət qədər isti su
Üstü üçün:
3 y/q kərə yağı
Servis üçün
1 ədəd pomidor
2 ədəd uzun bibər
1 kasa qatı qatıq
Hazırlanması:
İlk əvvəl kotletlə başlayın. Soğanları sürtgəcdən keçirin, qalan ərzaqları üzərinə əlavə edərək yaxşıca yoğurun.
Ətə əlinizlə forma verib sonra soyuducuya qoyun.
Kotletləri yaxşıca qızardın. Kotletlər qızararkən, pideləri kub-kub doğrayaraq, tavada olan kotletləri çevirin.
Servis qabına pidelərin üstünə isə kotletləri qoyun.
Sousu hazırlamağa başlaya bilərsiniz. Tavaya duru yağ və pomidor pastasına əlavə edərək qovurun. Üstünə ədviyyatları və duzu əlavə edərək isti su əlavə edin. Sousu hazırladıqdan sonra 3-4 dəqiqə qaynadın.
Bişən sousu kotletlərin üstünə qoyub, kərə yağını qızdırıb, kotletlərin üstünə gəzdirin.
Qatıq, qızarmış və ya közlənmiş pomidorla bəzəyərək servis edə bilərsiniz.