Qadin.NET / " Acem plovu" (foto-resept)

" Acem plovu" (foto-resept)

 

Tərkibi:

1 yarım su st düyü

500 qram quşbaşı əti

2 ədəd böyük boy kök

1 ədəd orta boy soğan

1 diş sarımaq

1 y/q kərə yağı

3 y/q zeytun yağı

3 su st isti su

 

Üstü üçün:

1 çay st çiy badam

1 y/q şam fıstığı

1 ç/q duru yağ

 

Hazırlanması:

Əvvəlcə plovluq düyünü 40 dəqiqə duzlu suyun içində saxlayın, sonra süzün.

Sonra qazada ətləri qarışdırıb, biraz qovurun.

Xəfif rəng alan ətlərin üstünü keçəçək qədər su əlavə edin və yumşalıb suyunu çəkənə qədər bişirin.

Bişən ətləri kəra yağı və duzla yenidən qovurun. Sonra kökləri sürtgəcdən keçirib, soğanları da ay formasında doğrayın.

Geniş qazanın içinə zeytun yağında soğan, sarımsaq və kökləri yaxşıca qovurun.

" Acem plovu" (foto-resept)

Üstünə düyü əlavə edərək 2 dəqiqə qovurduqdan sonra isti su əlavə edib qapağını örtün.

Suyunu çəkənə qədər bişirdikdən sonra 10 dəqiqə dəmləməyə qoyun.

Servis qabında plovun üstünə əti yayın. Badamları, fıstıqları duru yağ ilə qovurun üzərini bəzəyərək servis edin.

" Acem plovu" (foto-resept)

5 may 2019
GO BACK