Qadin.NET / Macar kababı (foto reept)

Macar kababı (foto reept)

 

Tərkibi:

500 qram quşbaşı dana əti

1 su st lobya

1 su st kartof

4-5 ədəd istiot

1 y/q qaynadılmış qarğıdalı

1 ədəd badımcan

1 y/q zeytun yağı

100 qram pendir

1 ç/q istiot

1 ç/q duz

1 diş sarımsaq

1 ədəd pomidor

 

Sous üçün: (beşamel sousu)

2 y/q kərə yağı

2 y/q un

1,5 su st süd

1 ç/q duz

1 ç/q istiot

1 hindistan qozu (sürtgəcdən keçirilmiş)

 

Hazırlanması:

Kartofları və badımcanları kub formada doğrayın və qızardın.

Sarımsaqları, lobyanı, qarğıdalını və qızartdığınız kartofu, badımcanı soba listinə düzün.

Alminium kağızla üstünü örtüb sobada 10 dəqiqə bişirin.

Bu əsnada fərqli tavanın içində ətləri qovurun, yumşalsınlar.

Sonra sousu hazırlamağa başlayın.

Bunun üçün kərə yağını və unu qovurun. Daha sonra içinə süd əlavə edərək sürətlə qarışdırın. Son olaraq ədviyyatları qoyun və sousu hazırlayın.

 

Macar kababı (foto reept)

 

 

Tərəvəzləri sobadan çıxarın, üstlərinə ət və sousu əlavə edin.

Sonda üstünə pendir qoyub sobaya qoyun. 180 dərəcədə 30 dəqiqə bişirin. 

 

Macar kababı (foto reept)

 

16 iyun 2019
GO BACK