Tərkibi:
3 su st düyü
500 qram qaynadılmış şabalıd
3 y/q kərə yağı
1 çay st günəbaxan yağı
1 y/q şam fıstığı
2 ədəd toyuq bulyonu
2 ədəd soğan
4,5 su st isti su
100 qram st toyuq ciyəri
1 ç/q yenibahar (bitki)
1 ç/q istiot
2 y/q quş üzümü
1 ç/q duz
Hazırlanması:
Qazanın içinə şam fıstıqlarını əlavə edib çəhrayi olana qədər qovurun. Sonra kub-kub doğranmış soğanları əlavə edin, sonra qabıqları soyulmuş şabalıdları əlavə edin. Doğranmış toyuq ciyərini əlavə edib bir neçə dəqiqə qovurun.
Quş üzümlərini suyun içinə qoyun. Daha sonra düyü, duz və quşüzümünü soğanlı qarışıma qatın. 4,5 stəkan isti suyun içində bulyonu əridib qazana əlavə edin və aşağı dərəcədə bişirin. Qazın altını söndürdükdən sonra " yenibahar" və istiotları əlavə edin. 10 dəqiqən dəmləndirib servis edin.