Tərkibi:
30 ədəd əncir
yarım çay st zeytun yağı
1 ədəd soğan
2 y/q dolmalıq fıstıq
200 qram qiymə
1 ədəd pomidor
1 ədəd yaşıl alma
1 y/q kərə yağı
1 çay fincanı su və ya tərəvəz suyu
duz
Hazırlanması:
Əncirlərin hamısını yuyaraq dərin qabın içinə qoyun. Daha sonra üstünü keçəcək qədər isti su ilə doldurun və 15 dəqiqə suda saxlayın.
Başqa qazana zeytun yağı əlavə edin və soğanları qovurun. Sonra dolmalıq fıstıq və qiyməni əlavə edin. Suyunu çəkənə qədər qovurun. Ədviyyatları əlavə etdikdən sonra qazın üstündən götürün.
Suda saxladığınız əncirlərin suyunu süzün, içlərini açın və hazırladığınız qiyməli içliklə doldurun. Pomidorları və almanı yarım ay formasında dilimləyin.
Qazanın dibinə alma və pomidorları yerləşdirin, üstlərinə doldurduğunuz əncirləri qoyun. Kərə yağı ilə suyunu əlavə edərək orta dərəcədə 15 dəqiqə bişirin. İsti-isti servis edin.