Qadin.NET / İskender kababı (foto resept)

İskender kababı (foto resept)

 

Tərkibi:

2 ədəd can əti (quzu)

200 qram dana əti qiyməsi

1 ədəd quru soğan

1 ədəd yumurta

duz, istiot, cirə, kəklikotu

2 ədəd pide (çörək)

500 qram tava qatığı

 

Pomidorlu sous

4 y/q kərə yağı

4 y/q pomidor sousu

4 ədəd pomidor

3-4 diş sarımsaq

1 y/q toz qırmızı bibər (şirin)

2 su st ət suyu

duz və istiot

 

üstü üçün

2 ədəd pomidor 

2 ədəd yaşıl bibər

1 su st kərə yağı 

5-6 şaxə cəfəri

 

Hazırlanması:

Can ətilərini dönər kimi incə bıçaqla açın. Duz, istiot, kəklikotu, soğan suyuna yatırın. Qiyməyə duz, istiot, cirə, kəklikotu və yumurta əlavə edib yoğurun. Qiyməni lülə kimi forma verib şkafa qoyun.

Pomidor sousu üçün qazana kərə yağını qoyun, pomidor sousunu əlavə edin və qoxusu gedənə qədər qovurun, sarımsaq və pomidorları əlavə edin. Duzunu və şəkərini əlavə edib orta dərəcədə 15-20 dəqiqə qaynadın. Pomidorlar bişdikdə bibəri və ət suyunu əlavə edib qaynadın. Dadını, duzunu qaydasına salıb sobanın üstündən götürün.

 

İskender kababı (foto resept)

 

 

Qabırğa arasından çıxardığınız ətləri və şkafa qoyduğunu lülələri tavada altlı-üstlü qızardın. Eyni formada pomidor və bibəri də qızardın. 

Pideləri iri parçalar halında dilimləyin. Pideləri tavada kərə yağında qızardın. Qızardıqda qaba yerləşdirin.

 

İskender kababı (foto resept)

 

 

Üstünə bol pomidor sousu gəzdirin. Sousun üstünə qızartdığınız ətləri düzün, pideləri örtəcək formada döşəyin. Lülələri də üstünə səpin.

Ətin üzərində də çox az pomidor sousdan gəzdirin. Pomidor bibərlə, kabab qabının yanına tava qatıq qoyun. Tavaya 1 stəkan kərə yağını əlavə edin. Kərə yağını iskender kababının üstünə töküb servis edin.

 

İskender kababı (foto resept)

 

 

 

5 dekabr 2018
GO BACK