Tərkibi:
1 yumurta
1 stəkan su
Azərduz yodlu narın xörək duzu
Gərəkdiyi qədər un
Qiymə üçün:
0,5 kq mal əti
0,25 kq quyruq
2 baş soğan
Azərduz yodlu narın xörək duzu, istiot
Çox da bərk olmayan,elastik bir xəmir yoğrulur
Xəmirdən kündələr ayrılıb oxlovla yayılır
Yuxaların qalınlığı nə qədər incə olsa,bir o qədər yaxşıdır
Yayılmış yuxalar romb formasında sıra ilə kəsilir və qurumağa buraxılır
Xəmir xingallar qurumaya davam edərkən,qiymə hazırlanır
Bunun üçün qiyməyə yarım stəkan su əlavə edilib tavada bişırılır.Suyu çəkildikdən sonra qiyməyə soğan,duz,istiot vurulur və qovrulmaya davam edilir.Əgər qiymədə quyruq yağı varsa,başqa bir yağ əlavə etməyə gərək yoxdur.
Xingalı bişirmək üçün qazanda su qaynadılır,duz atılır.Rombşəkilli xingallar qaynayan suya atılır və 3-4 dəqiqə qaynadılır.
Xingal isti yeməkdir,süfrəyə verilərkən geniş boşqablara çəkilir,üzərinə kərə yağı gəzdirilir,
zövqə görə ortasına qovrulmuş qiymə,yanında sarımsaqlı qatıq qoyulur.
P.S. Bəzi bölgələrimizdə xəngəlin suyunda qalın kartof dilimləri də qaynadılır və xəngəlin yanında süfrəyə verilir. Və yaxud da
xəngəlin üzərinə "qurut" səpilərək yeyilir.