Qadin.NET / Badımcan pizzası (foto resept)

Badımcan pizzası (foto resept)

 

Tərkibi:

 

350 qram badımcan

 

xəmir üçün;

1 su st qarğıdalı nişastası

1/3 su st Hindistan qozu unu

1/4 ç/q duz

1/2 su st Hindistan  qozu südü

1/4 su st kərə yağı

1/4 su st su

3 diş sarımsaq (əzilmiş 

1 yumurta

 

Üstü üçün;

2 y/q balzamik sirkəsi

1 su st doğranmış pomidor

2 su st ispanaq

1 su st qoyun və keçi pendiri

Kəklikotu, bibər və reyhan

 

Hazırlanması

 

İlk öncə sobanı 200 dərəcədə isidin. Sonra badımcanları incə-incə dilimləyin və yağlı kağız sərdiyiniz soba listinə düzün. Üzərinə duz səpin və biraz zeytun yağı gəzdirib sobaya qoyun və badımcanları 5-7 dəqiqə bişirin.

 

Badımcan pizzası (foto resept)

 

 

Daha sonra orta boy qaba nişasta, hindistan qozu unu və duzu əlavə edib qarışdırın. Kiçik tavaya hindistan qozu südünü, kərə yağını, su və sarımsağı əlavə edib isidin. Daha sonra südlü qarışımı, unlu qarşıma əlavə edin və qarışımı soyumağa qoyun.

 

Badımcan pizzası (foto resept)

 

 

Sonra yumurtanı çırpın və xəmirə əlavə edib yaxşıca qarışdırın. Daha sonra qarışımı 10 dəqiqə qırağa qoyun.

 

Badımcan pizzası (foto resept)

 

Pizzanı qoyacağınız servis qabı boyda yağlı kağız kəsib, üzərinə xəmiri incə bir təbəqə halında yayın. 

 

Badımcan pizzası (foto resept)

 

Daha sonra badımcan dilimlərini üzərinə, fırça yardımı ilə balzamik sirkə çəkin. Sonra ispanaq, pomidor və pendiri üzərinə əlavə edin. Xəmiri soba listinə əlavə edib, 15 dəqiqə pendir əriyənə və xəmir qabarıq olana qədər bişirin. Pomidorlar yumşalmalıdır. 

 

Nuş olsun!


28 avqust 2018
GO BACK