Qadin.NET / Xüsusi souslu toyuq (foto resept)

Xüsusi souslu toyuq (foto resept)

 

Tərkibi:

1/4 su st keçi qatığı

1/2 limonun suyu

1 y/q avokado yağı

1 diş sarımsaq (əzilmiş)

400 qram toyuğun döş əti

istəyə görə 1 su st qəhvə rəngi düyü

Xüsusi souslu toyuq (foto resept)

sous üçün: 

1 y/q keşniş

1/2 ç/q cirə

1 ç/q kardamon

1/2 ç/q Hindistan qozy

1,5 ç/q qırmızı bibər

1 ç/q  sürtgəcdən keçirilmiş zəncəfil

 4 y/q duzsuz kərə yağı

1 böyük boy xırda doğranmış soğan

1,5 su st pomidor püresi

3/4 st su

1/2 su st süzmə qatıq

1 ç/q qaya duzu

1/2 ç/q istiot

 

Hazırlanması:

İlk olaraq toyuğu marine edin. Bunu etmə üçün keçi qatığını, limon suyunu, avokado yağını və sarımsağı bir qabda qarışdırın. 

Xüsusi souslu toyuq (foto resept)

Bu qabdakı ərzaqları qarışdırdıqdan sonra toyuqları da içinə əlavə edin və soyuducuda saxlayın.

Əgər toyuğu plovla servis edəcəksinizsə, plovu bu əsnada hazırlaya bilərsiniz. 

Xüsusi souslu toyuq (foto resept)

Sous üçün kiçik qabda zəncəfil, cirə, kardamon, keşniş və ədviyyatları qarışdırın.

Daha sonra kərə yağını tavada əridin və soğanı tavaya atın və 5 dəqiqə bişirin. Sonra ədviyyatlı qarışımı da əlavə edin.

Xüsusi souslu toyuq (foto resept)

Sonra pomidor püresi, su qatıq və duz da əlavə edib sousu qaynadın. Sous xəfif qatılaşana qədər, təxminən 10 dəqiqə bişirin.

Xüsusi souslu toyuq (foto resept)

Soyuducudan toyuqları çıxarın və avokado yağını isitdiyiniz tavaya əlavə edin, hər iki tərəfini də 8-10 dəqiqə bişirin.

Xüsusi souslu toyuq (foto resept)

Toyuqlar bişdikdən sonra, toyuqlar xırda tikələr halında doğrayın və hazırladığınız souslu qarışımın içinə əlavə edin.

Xüsusi souslu toyuq (foto resept)

Plovu servis qabına əlavə etdikdən sonra, üzərinə souslu toyuğu qoyun. Göyərti ilə bəzəyin.

 

26 avqust 2018
GO BACK