Qadin.NET / Göbələkli makaron (foto resept)

Göbələkli makaron (foto resept)

Tərkibi:

225 ml pomidor sousu

750 qram doğranmış pomidor

1 y/q Hindistan qozu şəkəri

2 ç/q sarımsaq tozu

1 ç/q kəklikotu

1 ç/q nanə

1 ç/q istiot

1 ç/q reyhan

1 ç/q qırmızı toz bibər

1 ç/q dəniz duzu

2 y/q zeytun yağı

450 qram kabak (dilimlənmiş)

250 qram göbələk (doğranmış)

1 orta boy soğan doğranmış

200 qram qəhvəyi makaron

 

Hazırlanması:

İlk olaraq pomidorları doğrayın. Daha sonra böyük bir qazanı qazın üstünə qoyun və orta dərəcədə pomidorları qazana əlavə edin. Sonra içinə pomidor sousu, Hindistan qozu şəkəri və ədviyyatları əlavə edib qarışdırın.

Göbələkli makaron (foto resept)

Qarışım qaynamağa başlayanda qazın xodunu alın və 20 dəqiqə zəif qazda bişirin.

Makaronu başqa qazanda bişirin. Makaronu qaynatdıqdan sonra süzün.

Göbələkli makaron (foto resept)

Sous qaynayarkən, zeytun yağını ayrı qazana əlavə edib isidin. Daha sonra doğranmış kabak, göbələk və soğanları qazana əlavə edin. Tərəvəzlər yumşalana qədər bişirin. Sonra souslu qarışımı da tərəvəzlərin içinə əlavə edin. Daha sonra hamısını qarışdırın, makaronu da içinə əlavə edin.

Göbələkli makaron (foto resept)

Sonra reyhan kimi göyərtilərdən və ya pendir əlavə edərək yeməyin dadını daha da gözəlləşdirə bilərsiniz.

Göbələkli makaron (foto resept)

 

 

Tərcümə:Ustaclı

13 avqust 2018
GO BACK