Qadin.NET / Səbzi plov (foto resept)

Səbzi plov (foto resept)

Tərkibi:
3 stəkan düyü
1 kq qoyun əti (mal əti və ya toyuqda ola bilər)
3 dəstə kəvər
3 ədəd yumurta
Alça turşusu
5 ədəd iri soğan
Kərə yağı
Azərduz yodlu narın xörək duzu, istiot, sarı kök

Hazırlanması:
Qoyun ətini iri-iri doğrayıb qoyuruq bişsin.
Səbzi plov (foto resept)
Sonra kəvərlər təmizlənir 3 yerə bölünüb yuyulur.Yaxşı olarki biraz suda qalsın onda daha təmiz olur.Sonra ətin suyundan azca götürüb qazanın içinə tökürük və yuyulmuş kəvərləri içinə töküb ağzını qapaqla örtürük arada qarışdırırıq.
Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)
Kəvər artıq hazırdı.Ət bişdikdə suyu ilə birlikdə kəvərin içinə tökürük.
Səbzi plov (foto resept)
 Soğanları uzun-uzun doğrayıb kərə yağında qızardırıq.Qızarana yaxın sarı kök əlavə edib qarışdırırıq.
Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)
 Hazır olan soğançaya alça turşusu tökürük.(bu bankanı öz həyətimizdən yığıb bağlamışam)
Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)
Soğançanı kəvərli qarışığa qatırıq.Buda hazır formasıdı

Səbzi plov (foto resept)

İndi isə keçək aşın dəmlənməsinə.Qazana suyu töküb qoyuruq qaynasın.Qaynayan suya düz tökürük.Duzunu bir az çox etsəz lap əla olar.Çünki düyü duzu canına çəkir.
Səbzi plov (foto resept)
Su qaynadıqda düyünü tökürük.Düyünün bişməyini bilmək üçün düyünü əlimizə əzilməlidi.Düyü hazır olduqda aşsüzənə süzürük.

Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)

Suyu süzüldükdən sonra başqa bir qaba töküb yağlayırıq.Belə edəndə həm aş çox yağlı olmur həm də hər yeri yağlanır.
Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)
Qazmağı isə belə hazırlayıram.Yumurtaları bir qaba qoyub çalıram üzərinə düyü əlavə edirəm.Qazanın dibinə yağ töküb qızdırırıq və qazmağı qazana töküb hər tərəfə yayıram.Yumurta bir az bişən kimi düyünü üzərinə tökürük.
Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)
 Düyünün üzərinə sarı kök tökürük.Agzını qapaqla örtüb qoyuruq dəmə
Səbzi plov (foto resept)
Səbzi plov (foto resept)
 Buda hazır forması. Nuş olsun!

Səbzi plov (foto resept)
15 avqust 2011
GO BACK