Qadin.NET / Koreya mətbəxindən " Bibimbap" (foto resept)

Koreya mətbəxindən " Bibimbap" (foto resept)

Tərkibi:

 

200 qram düyü

200 ml su

1/4 ç/q duz

300 qram ispanaq

2 diş sarımsaq

200 qram kök

200 qram göbələk

1/2 dəstə keşniş

2 y/q bibər pastası

100 ml alma suyu

1 ç/q qəhvəyi şəkər

55 ml susam yağı

2 y/q susam ( ağ) 

300 qram dana əti

300 qram soya

2 yumurta

soya sousu

keşniş

 

Hazırlanması:

 

1. Kiçik qazanda düyü, su və duz əlavə edin və 30 dəqiqə düyü suyunu çəkənə qədər bişirin. İspanağı kəsin. Sarımsaq və kökü doğrayın. Göbələkləri orta böyüklükdə dilimləyin. 

Koreya mətbəxindən " Bibimbap" (foto resept)

 

2. Sous üçün, kiçik bir qazana susam yağı, sarımsaq, bibər pastası, alma suyu və şəkəri əlavə edərək 4-5 dəqiqə sous qatılaşana qədər qaynadın. Qaynayanda ağ susamları əlavə edin.

Koreya mətbəxindən " Bibimbap" (foto resept)

 

3. Tavaya susam yağı əlavə edərək dana ətini qovurun və kənara qoyun. Sonra kök, sarımsaq, göbələk, ispanaq və soyanı əlavə edərək pörtün. Ən son soya sousunu əlavə edin.

Koreya mətbəxindən " Bibimbap" (foto resept)

 

4. Tavada yumurtaları 2-3 dəqiqə bişirin. Daha sonra servis edəcəyiniz qaba əvvəlcə düyü, sonra ət və tərəvəzləri qoyun. Ən üstə yumurtanı əlavə edib keşnişlə bəzəyərək servis edin.

Koreya mətbəxindən " Bibimbap" (foto resept)

 

Nuş olsun!

Koreya mətbəxindən " Bibimbap" (foto resept)

 

5 iyul 2018
GO BACK