Tərkibi:
4 su st un
yarım paket quru maya
1 y/q duz
kifayət qədər su
İç üçün
400 qram dana quşbaşı ət
1 ədəd kub doğranmış pomidor
3 ədəd uzunsov bibər
1 ədəd sürtgəcdən keçirilmiş quru soğan
1 diş sürtgəcdən keçirilmiş sarımsaq
Duz
İstiot
1 su st sürtgəcdən keçirilmiş pendir
Hazırlanması
Xəmir üçün un, duz və mayanı qarışdırın. Yavaş-yavaş su əlavə edib ələ yapışmayan bir xəmir əldə edənə qədər yoğurun. Xəmiri 1 saat ilıq bir yerdə mayalandırın. Xəmir mayalanırkən bir tərəfdən də içliyi hazırlayın.
Qiymə, duru yağ və soğanı tavada qovurun. Sonra digər ərzaqları qataraq qarışdırmağa davam edin. Xəmiri ayırın və üzərinə un səpib 5 mm qalınlığında oval formada açın və içliyini üzərinə yayın. Kənarlarını qayıq kimi bağlayıb, yağlı kağız sərili listə qoyun və 15 dəqiqə mayalandırın, üzərinə pendir səpin. Əvvəlcədən isidilmiş 250 dərəcəlik sobada qızardın.