Qadin.NET / MANTI (foto resept)

MANTI (foto resept)

MANTI (foto resept)


Dəyərli qadin.net oxucuları Sizlərə nəinki, milli,həm də dünya xalqlarının mətbəxindən fotoreseptlər təqdim etməyi lazımlı bildik.Bugünkü reseptimiz daha çox özbəklərdə məşhur olan Mantı ilə bağlıdır.

Mantı - düşbərə deyildir.
Mantı - suda qaynadılmaz.
Mantıya - qiymə qoyulmaz.
Mantı - bişirmək üçün xüsusi mantı qazanı olmalıdır.
Tərkibi:
(30 ədəd mantı üçün)
300 qr təzə qoyun əti
20-30 qr qoyun quyruğu
7-8 ədəd orta boy baş soğan
1 yumurta
1 stəkan un
Yarım stəkan soyuq su
Azərduz yodlu narın xörək duzu,
Bir çimdik qırmızı toz bibər, bir çimdik zirə

Hazırlanması:
Əvvəlcə, ət xırda-xırda doğranır.Eyni zamanda quyruq da xırda doğranır.
Qeyd etdiyim kimi,mantıya qiymədən istifadə etdikdə lazım olan ləzzəti almaq olmur.

MANTI (foto resept)

Soğan da bıçaqla xırda-xırda doğranır.Soğanın bu qədər bol olması bu
yeməyin xüsusilə ləzzət və qoxu verməsi üçündür.

 

MANTI (foto resept)

Ardından ət və quyruq soğanla qarışdırılır,duz,qırmızı toz bibər və zirə vurulur.

 

MANTI (foto resept)

Mantı xəmiri yoğurmaq bir az güc tələb edir.Ona görə də evdə kişi köməyindən istifadə etsəniz daha yaxşı olar.
Bir qaba yumurta qırılır,yarım stəkan soyuq su əlavə olunur,bir az duz qoyub qarışdırılır,1 stəkan un əlavə edilib
xəmir yoğrulur.Əgər gərək olarsa, yenə un əlavə edilə bilər .Xəmir yoğrulduqdan sonra onu qabdab çıxarıb xəmir
taxtasında və ya masa üzərində yaxşıca yumşaltmaq lazımdır.Buna 20 dəqiqə vaxt sərf olunmalıdır.

 

MANTI (foto resept)

Bundan sonrası artıq asandır.Əllə yumşaldılmış xəmir bir qədər dincə qoyulur.
Eyni zamanda Mantı qazanının alt hissəsi su ilə doldurulub ocağın üstünə qoyulur

 

MANTI (foto resept)

Hazırlanmış xəmir 4 bərabər hissəyə bölünür

 

MANTI (foto resept)

Bu hissələr də öz növbəsində 8-9 kiçik hissələrə bölünür

 

MANTI (foto resept)

Bölünmüş hissələrdən qoz böyüklüyündə kündələr hazırlanır

 

MANTI (foto resept)

Hər kündədən,təxminən 10 sm diametrində incə yuxa yayılır

 

MANTI (foto resept)

Açılmış yuxalara 1 yemək qaşığı qədər iç qoyulur

 

MANTI (foto resept)

Sonra yuxaların hər iki tərəfindən tutmaqla mantılar şəkildəki kimi bükülür

 

MANTI (foto resept)
MANTI (foto resept)
MANTI (foto resept)

Hazır mantılar nəlbəkiyə tökülmüş bitki yağına batırılır ki, buxarda bişdiyi zaman yapışmasın

 

MANTI (foto resept)

Hazır mantılar mantı qazanına düzülür

 

MANTI (foto resept)

Mantı qazanını əvvəlcədən içində su qaynadılan alt hissənin üzərinə qoyulur

 

MANTI (foto resept)

Mantılar ağzı bağlı halda 40-45 dəqiqə bişirilir.Ocağın altı gur olmalıdır ki, mantılar buxarda yaxşı bişsin.

Hazır mantılar səliqə ilə qaba düzülür,üzərinə isidilmiş kərə yağı və qara istiot tökülür

MANTI (foto resept)


Mantı hazırdır,nuşla yeyə bilərsiniz

 

MANTI (foto resept)

Nuş olsun! smile

 

22 mart 2010
GO BACK