Qadin.NET / Caponata (foto resept)

Caponata (foto resept)

 

Tərkibi:

500 qram badımcan

3 ədəd pomidor

1 ç/q duz

3 şaxə kərəviz

1 dəstə ağ reyhan

1 ədəd soğan

3 diş sarımsaq

30 qram dilimləmiş yaşıl zeytun

2 y/q koza toxumu

1 y/q tikanlı kəvər

4 y/q zeytun yağı

1/2 y/q şəkər

1 y/q üzüm sirkəsi

Duz, istiot

 

Hazırlanması:

Badımcanları kub formasında doğrayın. Duzlu suda saxlayın.

 

Caponata (foto resept)

 

 

Kərəviz, pomidor, soğan və sarımsağı incə-incə doğrayın. Ayrı bir kasada ağ reyhan və zeytun yağını qarışdırın. Koza toxumunu yağsız tavada 3 dəqiqə qovurun.

 

Caponata (foto resept)

 

 

Soğan və sarımsağı zeytun yağında qovurun. Kərəviz və şəkəri əlavə edərək 3 dəqiqə əlavə qovurun. Pomidor, zeytun, tikanlı kəvər və ədviyyatları əlavə edərək 15 dəqiqə bişirin.

 

Caponata (foto resept)

 

 

Ayrı bir tavada zeytun yağını əlavə edib badımcanları 3-4 dəqiqə bişirin.

 

Caponata (foto resept)

 

 

Badımcanları tərəvəzlərin üzərinə əlavə edərək qarışdırın. Son olaraq ağ reyhan, sirkə və koza toxumunu əlavə edərək 10 dəqiqə bişirin.

 

Caponata (foto resept)

 

 

Nuş olsun!

 

Caponata (foto resept)

 


13 sentyabr 2017
GO BACK