
500 qr qoyun əti
100 qr quyruq yağı
2-3 orta boy baş soğan
1 ədəd limon
Un
Ədviyyat
Qoyun əti əvvəlcə uzununa,sonra da mümkün olduğu qədər xırda doğranır

Ətə quyruq qatıb, xırda-xırda doğranır

Sonra ət və quyruq birlikdə mətbəx baltası ilə xırdalanmağa davam edilir
Ət nə qədər xırda olsa,lülə-kabab bir o qədər ləzzətli olar

Soğan şəkildə göstərildiyi qaydada doğranır

Doğranmış soğan ətə qatılır,bir çimdik duz,qırmızı toz bibər,yarım limon suyu vurulur,
sonra ağzı bağlı bir qabda 20 dəqiqə marinad olması(ətin soğan,limon suyunu çəkməsi) üçün gözlədilir

Bu nöqtədə diqqət! Xırdalanmış və marinad olunmuş ətə bir az un vurluması,lülə-kabab bişirilməsinə yaxın edilməlidir.
Daha əvvəl un vurularsa,ət şişlərdən sürüşüb çıxar və kabab alınmaz.Qeyd edim ki, ətə un vurulması
kababın ləzzətli olmasına səbəb olur.Un vurulduqdan sonra ət yaxşıca yoğrulmalıdır.

Yaxşıca yoğrulmuş ət lülə şəklində formalanıb şişlərə taxılarkən əlləri duzlu suya batırmaq lazımdır

Lülə-kabab manqalda közərmiş kömür üzərində bişirilir.Bərabər qaydada qızarsın deyə,şişlər arabir çevrilir

Lülə-kabab hazırdır,süfrəyə verə bilərsiniz

Nuş olsun!