Qadin.NET / Ərikli küftə (foto resept)

Ərikli küftə (foto resept)

 

Tərkibi:

4 ədəd ərik

1 ədəd vanil çubuğu

150 ml krem

40 qram fıstıq

150 ml süd

4 ədəd yumurta sarısı

6 y/q şəkər

120 qram kərə yağı

400 qram yağsız qatıq

125 qram un

80 qram çörək qırıntıları

Üzəri üçün un

 

Hazırlanması:

Fıstıqları doğrayın. Əriklərin çəyirdəklərini çıxardın.

Ərikli küftə (foto resept)

 

Qazanda vanil və südü qaynadın. Şəkər və yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. 

Ərikli küftə (foto resept)

 

Xəmir üçün bütün məhsulları qarışdırın və xəmir bir-birinə yapışana qədər yoğurun. Xəmiri 8 hissəyə ayırın. Xəmirin içinə ərikləri yerləşdirib top hazırlayın.

Ərikli küftə (foto resept)

 

Böyük bir qazanda suyu qaynadın. Ərikli küftələri suda 10 dəqiqə qaynadın.

Ərikli küftə (foto resept)

 

Kərə yağında çörək qırıntılarını qovurun. Küftələrin üzərinə çörək qırıntısı, fıstıq və vanilli sousu əlavə edin. Daha sonra servis edin.

Ərikli küftə (foto resept)

 

Nuş olsun! 

15 iyul 2017
GO BACK