Qadin.NET / Gül kələmli alfredo (foto resept)

Gül kələmli alfredo (foto resept)

 

Tərkibi:

240 qram gül kələmi

1 diş sarımsaq

1 yemək qaşığı kərə yağı

120 ml süd

50 qram parmezan pendiri

1/2 çay qaşığı toz toyuq bulyonu

1/4 çay qaşığı qara istiot

4 ədəd kabak (böyük)

1 çay qaşığı zeytun yağı

Cəfəri, parmezan pendiri

 

Hazırlanması:

Sarımsaq və cəfərini doğrayın. Qaynar suda 15 dəqiqə gül kələmini qaynadın. Daha sonra blrenderə əlavə edin.

 

Gül kələmli alfredo (foto resept)

 

 

Kərə yağını əridin, sarımsaqları qovurun. Daha sonra gül kələminin üzərinə əlavə edin.

 

Gül kələmli alfredo (foto resept)

 

 

Blenderə süd, pendir, toyuq, qara istiot əlavə edib çırpın.

 

Gül kələmli alfredo (foto resept)

 

 

Kabakları ərişdə şəklində kəsin.

 

Gül kələmli alfredo (foto resept)

 

 

Qızartma tavasına yağ qoyub kabakları qızardın. Gül kələmli alfredo sousunu əlavə edin. Duz və qara bibər əlavə edib servis edin.

 

Gül kələmli alfredo (foto resept)

 

 

Nuş olsun!

 

27 iyun 2017
GO BACK