Tərkibi:
1 ədəd toyuq
1 stəkan süd
2 ədəd yumurta
1 ədəd kök
1 ədəd soğan
1 ədəd kərəviz kökü
Sousu:
1 stəkan bulyon
20 qram kərə yağı
2 xörək qaşığı un
1 ədəd soğan
1 ədəd kərəviz kökü
2 xörək qaşığı doğranmış şüyüd
Bıçağın ucunda limon duzu
Hazırlanması:
Toyuğu sümükdən və dəridən ayırın. Ət maşının xırda gözündən iki dəfə keçirin. Sonra yumurta, süd və duz əlavə edib, yaxşı-yaxşı qarışdırın. Sonra iki hissəyə ayırın. Perqament kağızına qoyub kolbasa şəklində bükün. Hər ucunu bağlayın. Sümükləri qaynadın. Sonra dilimlənmiş kökləri əlavə edin. Əti bulyona qoyub 30 dəqiqə az dərəcədə bişirin. yuxarıda yazdığımız məhsulları az dərəcədə bişirib sousu hazırlayın. Süfrəyə veriləndə kolbasanı dilimləyib, üzərinə sousu əlavə edin. Xırda doğranmış şüyüd də səpə bilərsiniz.