Tərkibi:
2 ədəd soğan
Zəncəfil
2 ədəd turş alma
4 ədəd hindistan tamarindası ( ədviyyat)
2 xörək qaşığı şəkər qamışı
4 xörək qaşığı üzüm sirkəsi
30 qram püstə ləpəsi
150 qram hind toyuğunun ağ əti
2 xörək qaşığı duru yağ
Duz, istiot
Hazırlanması:
Soğanı xırda-xırda doğrayın, zəncəfili təmizləyib xırda doğrayın. Almanı kubik şəklində doğrayın. Bunları şəkər, sirkə, duz və istiot vurub qarışdırın. 5 dəqiqə az dərəcədə bişirin.
Hindistan tamarindasını doğrayın tavada qızardın. Hazırladığınız sousu qarışımın üzərinə əlavə edin.
Düyünü qaynadıb, süzün. Əti 15-18 dəqiqəliyini tavada hər iki tərəfini qızardın. Düyünü istiotlayın. Əti qaba qoyun. Üzərinə sousu əlavə edin, yanınada düyünü qoyun. Bəzək üçün nanə yarpaqlarından istifadə edə bilərsiniz.